Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda Amerika Ticarət Palatasının təklif və tövsiyələri müzakirə edilib

Azərbaycanda Amerika Ticarət Palatasının təklif və tövsiyələri müzakirə edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) nümayəndələri ilə keçirilən görüşdə nazir Sahil Babayev respubikamızda biznes və investisiya mühitinin yaxşılaşdırılması və şəffaflaşdırılması istiqamətində mühüm addımların atıldığını, nəticədə özəl sektorun ölkə iqtisadiyyatında çəkisinin əhəmiyyətli şəkildə artdığını qeyd edib.

Nazir, əmək qanunvericiliyinin təkmilləşdirilməsi və əmək bazarına, işçilərin hüquqlarının təminatına müasir texnologiyaların tətbiqi əsasında operativ və effektli nəzarət sisteminin yaradılması istiqamətində görülən işləri diqqətə çatdırıb. O, yeni qurulan “Məşğulluq” altsisteminin məşğulluq xidmətlərinin keyfiyyətinin və çevikliyinin artırılması, işsiz və işaxtaranlara əlçatanlığının təmin olunmasına imkan verdiyini deyib. Bildirib ki, bu altsistem, “AmCham Azərbaycan”da təmsil olunan şirkətlərin müvafiq peşə və ixtisaslar üzrə işçi qüvvəsinə tələbatlarının ödənilməsinin təkmilləşməsinə şərait yaradır.

Nazirliyin “AmCham Azərbaycan”la fəal əməkdaşlığını diqqətə çatdıran S.Babayev qeyd edib ki, Palatanın  biznes mühiti ilə bağlı müşahidə və tövsiyələrdən ibarət “Ağ sənəd” layihəsində əmək və məşğulluq, sosial sığorta məsələləri ilə bağlı təklif və tövsiyələr də yer alır. Palatanın nümayəndələri ilə mütəmadi təşkil edilən belə görüşlərdə həmin təklif və tövsiyələrin öyrənilməsi əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində aparılan işlərdə önəmlidir.

“AmCham Azərbaycan”ın prezidenti Nuran Kərimov əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində aparılan islahatları maraqla izlədiklərini deyib. O, əmək və məşğulluq, sosial sığorta sahələrində həyata keçirilən islahat tədbirlərinin də əmək bazarı iştirakçılarının qanuni mənafelərinin daha dolğun təminatı baxımından əhəmiyyətini qeyd edib.

Görüş zamanı aparılan islahatlar, əmək bazarının tənzimlənməsi istiqamətində görülən işlər, Palatanın təhsil və əmək məzuniyyətləri,  sosial sığorta ödənişlərinin optimallaşdırılması ilə bağlı təklif və tövsiyələri müzakirə olunub.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

26 2019 11:16 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə