Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda “Formula – 1” bolidləri bu gün yarışa başlayır

Bakıda “Formula – 1”  bolidləri bu gün yarışa başlayır

“Formula – 1” Azərbaycan Qran-prisində bolidlərin son hazırlıq işləri dünən başa çatıb. Yarışda iştirak edəcək komandalar bu gün starta çıxırlar.

Dünən azarkeşlər pit-yolu gəzmək imkanı əldə ediblər. Müxtəlif ölkələrdən olan yüzlərlə azarkeş 350-400 km/saat sürətlə şütüyəcək bolidlərin hərəkət yoluna çıxaraq “Formula – 1” hazırlıqlarını müşahidə ediblər.
Azarkeşlər pit-yola daxil olaraq komandaların yarışa hazırlığını izləyib, paddokdakı şəraitlə maraqlanıblar.
Qeyd edək ki, ­Bakıda növbəti “Formula – 1” Azərbaycan Qran-prisi aprelin 28-dək davam edəcək.
“Formula – 1” Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

 

25 2019 23:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə