Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edir

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edir
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin kadr korpusunun müsabiqə və şəffaflıq əsasında xüsusi biliyə və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi üçün tədbirlər davam etdirilir.
Vakant ştat vahidləri Məhkəmə Ekspertizası Mərkəzində kimya, fizika, biologiya, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi (yol hərəkətinin təşkili və təhlükəsizliyi), əmtəəşünaslıq, istehlak mallarının ekspertizası və marketinqi, mühasibat uçotu və audit, iqtisadiyyat, maliyyə, elektrik mühəndisliyi, mexanika mühəndisliyi, yer quruluşu, torpaq və şəhər kadastrı, inşaat mühəndisliyi, informasiya texnologiyaları, sistem mühəndisliyi, kompüter mühəndisliyi və psixologiya ixtisasları üzrədir.
Mərkəzə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək istəyən və qanunvericiliyin tələblərinə cavab verən ali təhsilli, yüksək hazırlığa və təcrübəyə malik Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
Arzu edənlər 2019-cu il aprelin 25-dən etibarən müəyyən olunmuş ərizə formasını və digər zəruri sənədləri aşağıda göstərilən ünvanlarda:
- Məhkəmə Ekspertizası Mərkəzinin inzibati binasında 
 (Bakı şəhəri, Xaqani küçəsi 24, telefon-(012) 498-09-71);
- Mərkəzin Gəncə regional bölməsində 
(Gəncə şəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 11, telefon- (0222) 65-18-96);
- Mərkəzin Şəki regional bölməsində 
 (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, telefon- (+99470) 229-30-29);
- Mərkəzin Şirvan regional bölməsində (Şirvan şəhəri, 20 Yanvar küçəsi 16, telefon- (02121) 5-55-91) təqdim edə bilərlər.
Müsahibədə iştirak etmək üçün qanunvericiliyə əsasən tələb olunan sənədlərin siyahısı və imtahana hazırlıqla bağlı “Yaddaş kitabçası” mərkəzin internet səhifəsində (www.expert.gov.az) “İşə qəbul” bölməsində yerləşdirilmiş, habelə mərkəzə və onun regional bölmələrinə müraciət edənlərə veriləcəkdir.
Mərkəzin internet səhifəsindən, eləcə də yuxarıda göstərilən telefon nömrələrinə zəng etməklə bütün suallarla bağlı operativ informasiya almaq olar.
 
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi
26 2019 02:46 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 May 2019 | 01:18
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə