Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdam Mexaniki Suvarma İdarəsi 2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

Ağdam Mexaniki Suvarma İdarəsi  2019-cu il üçün AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir.
Lot-1. Cari təmir işləri üçün mal-material və ehtiyat hissələrinin satınalınması.
Lot-2. Mexanizm və nəqliyyat vasitələrinə ehtiyat hissələrinin satınalınması.
Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ağdam rayonunun Xındırıstan kəndində yerləşən Ağdam Mexaniki Suvarma İdarəsindən (əlaqləndirici şəxs- Elşən Hüseynovdan, telefon-050-246-69-39 ) ala bilərlər.
Ağdam Mexaniki Suvarma İdarəsi
VÖEN- 3200675831
Ağdam YXO
H/h- AZ81AİİB32051019448600201186
VÖEN- 3200025931
“Kapital Bank” ASC-nin Ağdam filialı
 Kod-200866
VÖEN- 9900003611
M/h-AZ37NABZ01350100000000001944
S.W.İ.F.T. BIK AIIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair borcun olub-olmaması barədə müvafiq arayışlar;
- iddiaçıların son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (əgər daha az müddət fəaliyyət göstəribsə bütün fəaliyyəti dövrü üçün);
- iddiaçıların tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- işləri yerinə yetirmək üçün iddiaçıların potensial imkanları haqqında məlumat.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 17 may 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 27 may 2019-cu il saat 17.00-a qədər Ağdam rayonunun Xındırıstan kəndində yerləşən Ağdam Mexaniki Suvarma İdarəsinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklif zərfləri 29 may 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

26 2019 02:41 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 May 2019 | 01:18
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə