Ən son xəbərlər
Dünya bazarında “qara qızıl”ın qiyməti sürətlə bahalaşır. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,2 faiz artaraq bir bareli 75,26 , Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,1 faiz artaraq bir bareli 66,10, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 1,3 faiz artaraq bir bareli 76,81 dollar olub.
Ekspertlər bildiriblər ki, ABŞ-ın İrana sanksiyası, Liviyada, Sudanda və Venesuelada olan gərgin vəziyyət dünya bazarında “qara qızıl”ın sürətlə bahalaşmasına səbəb olur.
Qəzənfər QASIMOV,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə