Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bakı 2019” Avropa Liqasının loqosu təqdim edildi

“Bakı 2019” Avropa Liqasının loqosu təqdim edildi

“Eurosport”un verdiyi məlumata görə, dünən Monakoda UEFA Avropa Liqasında 2018–2019-cu illər mövsümü loqosunun təqdimat mərasimi keçirilib. Mənbə qeyd edir ki, loqoda təsvir edilən yarışın kuboku Bakının yerli xüsusiyyətlərini əks etdirən ecazkar arxitektura nümunələri ilə əhatə olunub.
Loqoda Heydər Əliyev Mərkəzi, Azərbaycan Dövlət Filarmoniyası, Alov Qüllələri, Qız Qalası və Hökumət evi kimi məşhur tikililər təsvir edilib. Loqonun brendinqi Avropa qitəsini və təbii ki, Azərbaycanın paytaxtı Bakını əhatə edəcək yarışın dinamik təbiətini və coğrafi xüsusiyyətlərini tərənnüm edir.
Azərbaycan dünyada “Odlar diyarı” kimi tanınır. Bu səbəbdən loqoda “A” hərfi alov dilimləri formasında oyularaq dizayn edilib.
Loqodakı “Buta” naxışı isə milli geyimlərdə, xalçaçılıqda, eləcə də toxuculuqda geniş istifadə edilir. Bildirilir ki, artıq təşkilatçılar Avropa Liqası üçün gələcəkdə də müxtəlif dizayn işlərində istifadə ediləcək xüsusi “Buta” naxışı hazırlayıblar.
Qeyd edək ki, UEFA Avropa Liqasının “Bakı 2019” finalı üçün yeni mövsümün başlanğıcında təqdim edilən əsas dizayn elementlərindən hazırlanmış xüsusi loqo doğma paytaxtımızın qədim və müasir xüsusiyyətlərini əks etdirir. Avropanın gələcək futbol turnirlərində və yarışlarında, eləcə də müxtəlif təqdimatlarda və reklam işlərində loqonun daha da təkmilləşdirilməsi qarşıya məqsəd kimi qoyulub.
Sonda onu da əlavə edək ki, yeni loqonun brendinqi ­UEFA-nın marketinq tərəfdaşlığı, həmçinin “TEAM Marketing AG və Turquoise” brendinq agentliklərinin əməkdaşlığı ilə hazırlanıb.
Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

 

31 2018 21:13 - İDMAN
İDMAN
10 Dekabr 2019 | 23:25
Messi birincidir
6 Dekabr 2019 | 22:59
Mbappe ilk onluğa düşüb
6 Dekabr 2019 | 03:16
İlin ən yaxşı futbolçusu

Köhnə versiyamızdan xəbərləri izlə