Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Samuxda Gənclər Birliyinin üçüncü konfransı olub

Samuxda Gənclər Birliyinin üçüncü konfransı olub

YAP Samux Rayon təşkilatı Gənclər Birliyinin üçüncü konfransı olmuşdur. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzmüşlər.     

Konfransı giriş sözü ilə YAP Samux Rayon təşkilatının sədri Gündüz Bayramov açaraq Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından, YAP Gənclər Birliyinin yaranma tarixindən və onun nailiyyətlərindən danışmışdır.

YAP Samux Rayon təşkilatı Gənclər Birliyinin sədri Arif Ağayev hesabat məruzəsi ilə çıxış edərək görülən işlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına geniş məlumat vermişdir. O demişdir ki, YAP Samux rayon təşkilatının 5483 nəfər üzvünün 1697 nəfərini gənclər təşkil edir       .

Məruzə ətrafında müzakirələrdə Nuridə Həsənova, Ülviyyə Salmanova və Rasim İmamquliyev çıxış edərək ölkədə həyata keçirilən gənclər siyasətinin gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etdiyini bildirmişlər.    

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev çıxış edərək demişdir ki, gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur .Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.      

Konfransda YAP Samux Rayon təşkilatı Gənclər Birliyinin 9 nəfərdən ibarət şura üzvü, 5 nəfərdən ibarət isə idarə heyəti üzvü seçilmişdir. Konfrans iştirakçıları səsvermə yolu ilə Qurban Həsənovu YAP Samux Rayon Gənclər Birliyinin sədri,  Rəşid Şabanovu isə sədr müavini seçmişlər.Onlar həm də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin konfransına nümayəndə seçilmişlər.

Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

25 2019 14:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə