Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkirdə sosial işlərə cəlb edilmiş 550 nəfərin hər birinin ayrı-ayrılıqda təftişi aparılıb və nəticələr ürəkaçandır

Şəmkirdə sosial işlərə cəlb edilmiş 550 nəfərin hər birinin ayrı-ayrılıqda  təftişi aparılıb və nəticələr ürəkaçandır

Şəmkir rayonunda əhalinin məşğulluğunun artırılması məqsədilə DOST Mərkəzi nəzdində yaradılmış müvəqqəti iş yerlərində işçi qəbulu, əmək haqlarının ödənişi qaydalarının icrası və bütövlükdə bu işlərin təşkilinə nəzarətin gücləndirilməsi ilə bağlı Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Komissiya yaradılıb.

Komissiya  müvəqqəti iş yerlərinin dislokasiyasını müəyyən etmək, müvəqqəti iş yerləri açılmış qurumlarda işlərin təşkilinin təftişi, adamların işə qəbulunda şəffaflığın təmin edilməsi, əmək haqlarının ödənişi kartlarından kənar şəxslərin istifadəsi hallarına yol verilməməsi üçün geniş izahat-təbliğat işləri aparmışdır.      

Rayon icra hakimiyyəti başçısı Alimpaşa Məmmədovun sədrliyi ilə keçirilən Komissiyanın ilk iclasında yuxarıda qeyd etdiyimiz məqsədlərin həyata keçirilməsi üçün Şəmkir Rayon İcra Hakimiyyəti, Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon Şöbəsi və Şəmkir Rayon Məşğulluq Mərkəzinin işçilərinin də daxil olduğu təftiş qruplarının yaradılması qərara alınmışdır.

Aprelin 18-dən 22-dək  10 altqrupdan ibarət olan təftiş qruplarının üzvləri rayonda DOST Mərkəzi nəzdində yaradılmış müvəqqəti iş yerlərində çalışan bütün işçilərlə tək-tək görüşmüş, onların şəxsiyyətini təsdiq edən vəsiqələri və əməkhaqqı kartları ilə fotoları çəkilərək izahat işləri aparılmışdır. Eyni zamanda 1-ci altqrupun üzvləri tərəfindən işdən çıxanların da təftişi aparılmışdır.Bu təftişdən 550 nəfər fərdi şəkildə keçirilmişdir.

Məlumat üçün qeyd edək ki, ilk dəfə Şəmkir rayonunda tətbiq olunan bu işlərin yekunu olaraq aprelin 24-də rayonun hüquq mühafizə orqanlarının və aidiyyəti təşkilatların rəhbərlərinin, rayonun İctimai Şura üzvlərinin və rayon Ağsaqqallar Birliyinin də daxil olduğu Komissiyanın yekun iclası olmuşdur.

Əvvəlcə iclas iştirakçıları təftiş qruplarının gördükləri işləri əks etdirən və sosial işlərə cəlb edilmiş içilərin təftişi zamanı çəkilmiş fotoşəkillərdən ibarət olan videoçarxı izləmişlər.

Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Mürsəlov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri çıxış edərək təftiş qruplarının gördüyü işləri yüksək qiymətləndirmiş və gələcəkdə də şəffaflığın təmin edilməsi istiqamətində onun mühüm rol oynayacağını bildirmişlər. 

İclasın sonunda təftiş qruplarının rəhbəri, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini -Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev işlərin yekun arayışını səsləndirmişdir. O bildirmişdir ki, rayonda sosial işlərə cəlb edilmiş işçilərin hər biri onlara təklif edilmiş iş yerinin dislokasiyasını tamamilə  bilir, əmək haqqı kartları onların özündədir və bu kartlardan yalnız özləri istifadə edir, çıxarılan vəsaiti də özləri alır. 550 işçinin hər biri ilə fərdi təftiş zamanı müəyyən edilmişdir ki, işçilər işə qəbul zamanı və işlədiyi dövrdə heç bir neqativ halla qarşılaşmayıblar. Bütün bunları sosial işlərə cəlb edilmiş hər bir işçi yazdığı izahatlarda imzaları ilə təsdiq edib.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

25 2019 14:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2019 | 17:39
Ukraynada vertolyot qəzası

Köhnə versiyamızdan xəbərləri izlə