Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lavrov və ATƏT-in baş katibi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb

Lavrov və ATƏT-in baş katibi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ATƏT-in baş katibi Tomas Qreminger Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in rolu barədə fikir mübadiləsi aparıb.

Rusiya XİN-in məlumatında bildirilir ki, görüş T.Qremingerin 8-ci Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak üçün Moskvaya səfəri çərçivəsində baş tutub: “Danışıqlar zamanı ATƏT-in Avratlantika regionunda etimadın yüksəldilməsi və hərbi-siyasi vəziyyətin deeskalasiyası işində artan rolu vurğulanıb. Təşkilatın terrorçuluqla, narkotiklərin qanunsuz dövriyyəsi və kibercinayətkarlıqla mübarizədə potensialının artırılmasının vacibliyi təsdiq edilib”.

                                                  

“Xalq qəzeti”

25 2019 11:54 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə