Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisləri Milli Hidrometeorologiya Departamentində treninq keçirib

Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisləri Milli Hidrometeorologiya Departamentində treninq keçirib

24 aprel 2019-cu il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin (MHD)  əməkdaşlarına Finlandiya Meteorologiya İnstitutunun (FMİ) mütəxəssisləri tərəfindən treninq keçirilib.

Treninqin keçirilməsində məqsəd MHD-nin fəaliyyətinin təkmilləşdirilməsi, idarəçilik sisteminin optimallaşdırılmasında  beynəlxalq təcrübənin öyrənilməsi və  tətbiq edilməsidir.

Treninqdə FMİ-nin ekspert xidmətinin direktoru Harri Pietarila Departamentin struktur bölmələrinin mütəxəssislərinə Finlandiyada istifadə olunan radar müşahidə sistemləri, proqnoz metodları, erkən xəbərdarlıq sisteminin iş prinsipləri və müxtəlif ölkələrdə həyata keçirilmiş layihələrlə bağlı geniş məlumat verib.

Tədbirdə Milli Hidrometeorologiya Departamenti ilə  əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb və maraq doğuran suallar cavablandırılıb.

MHD-də FMİ-nin mütəxəssislərinin dəstəyi ilə kadr hazırlığı üzrə fəaliyyətin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Finlandiya Meteorologiya İnstitutu meteorologiya sahəsində dünyanın qabaqcıl xidmətlərindən biri olmaqla rəqəmsal modellərin, innovativ texnologiyaların geniş tətbiqi sahəsində fəaliyyət göstərir.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

24 2019 17:25 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə