Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hacıqabulda kütləvi tibbi müayinə çərçivəsində 43 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb

Hacıqabulda kütləvi tibbi müayinə çərçivəsində 43 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Hacıqabul rayonunda da əhalinin kütləvi tibbi müayinəsi yüksək fəallıqla aparılır.

Rayon icra hakimiyyətindən bildiriblər ki, humanitar aksiya rayon üzrə 53 min 512 nəfərdən çox əhalini əhatə edir. Rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsi, qəsəbə, kənd sahə tibb məntəqələrində müayinələrin mütəşəkkil keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Qrafikə əsasən, fevralın 12-dən indiyədək 37 min 410 nəfər rayon sakini müayinə olunub. Müayinələri əsasən, terapevt, oftalmoloq, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Vətəndaşlar ehtiyac olduqda kardioqram, ultrasəs, rentgen, laborator müayinələrdən də keçirilir.

Müayinələr zamanı xəstəlik aşkar olunan sakinlərdən 1474 nəfəri ambulator, 226 nəfər stasionar müayinəyə cəlb olunub, 43 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 72 nəfər isə Bakı şəhərindəki ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

24 2019 17:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə