Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATU nümayəndələri beynəlxalq konqreslərdə iştirak ediblər

ATU nümayəndələri beynəlxalq konqreslərdə iştirak ediblər

ATU-nun Ümumi və toksikoloji kimya kafedrasının müdiri prof. Eldar Qarayev və həmin kafedranın assistenti Kəmalə Bədəlova Dubayda keçirilən “NanoTexnologiyalar üzrə 6-cı Qlobal Konqres və Sərgi (GNCE-2019)” və "Xərçəng tədqiqatları və terapiyası üzrə 6-cı Ümumdünya Sammiti”ndə (WSCRT-2019) iştirak ediblər.

Assistent K.Bədəlova “NanoTexnologiyalar üzrə 6-cı Qlobal Konqres və Sərgi (GNCE-2019)” nin moderatoru olaraq konqresin açılışını edib və sona qədər konfransın gedişini idarə edib.  Eyni zamanda, K.Bədəlova “Sidikdə titanium dioksid (TiO2) nanohisəciklərinin təyini» mövzusunda çıxış edib.
Bundan əlavə, Professor Eldar Qarayev və assistent Kəmalə Bədəlova “ Morus Alba L. bitkisindən xərçəng əleyhinə maddənin alınması və identifikasiyası” mövzusunda poster məruzə nümayiş etdiriblər. Bu tədqiqat işi Almaniyadan olan Neukirchen xüsusi klinikasının doktoru John İonescunun çox böyük marağına səbəb olub, gələcək əməkdaşlıq barəsində ilkin razılıq əldə edilib.

Qeyd edək ki, keçirilmiş kongres və sammitdə dünyanın 15 ölkəsinin - Almaniya, İtaliya, Yaponiya, ABŞ, Meksika, İraq, Misir, Malayziya, Afrika dövlətləri, Çin, Sinqapur, Şimali Koreya və digərlərinin aparıcı elmi mərkəzlərindən və ali təhsil ocağından alimlər iştirak ediblər. Bu toplantılarda öz elmi-tədqiqat işlərinin nəticələri haqqında maraqlı oral və poster məruzələrlə çıxış ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

24 2019 17:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə