Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Düşmənin erkəyi-dişisi olarmı?

Düşmənin erkəyi-dişisi olarmı?

Ermənilərin, guya, 1915-ci ildə Osmanlı dövlətinin onları kütləvi soyqırıma məruz qoyması ilə bağlı növbəti ağlaşmalarının növbəti dəfə dünyanı başına aldığı günlərdə Türkiyədə yaşayan azərbaycanlı professor Toğrul İsmayılın sosial şəbəkədəki erməni xəyanətlərinə işıq salan paylaşımı hər iki ölkənin mediasında geniş əks-səda doğurub.

Soydaşımız XIX əsrdə Anadoluda yaşayan erməni qızların Osmanlı dövlətinə qarşı silah qaldırmasını əks etdirən foto paylaşıb. Həmin şəkildə hərbi geyimli, qarşısına çıxan isənilən türkü öldürməyə hazır iki silahlı erməni qız əks olunub. Professor Toğrul İsmayıl fotonun Rusiya arxivinə aid olduğunu və 1895-ci ildə çəkildiyini qeyd edib.

Tarixdən məlumdur ki, həmin dövrdə Daşnaksütyun Partiyası artıq 5 il idi ki, bütün erməniləri türk-müsəlman soyuna qarşı silahlı mübarizəyə çağırmış, bir çox qanlı aksiyalar törətmişdi. Bu foto da bir daha təsdiq edir ki, ermənilər Osmanlı dövlətinin tərkibində yaşadığı vaxtlarda öz ölkəsini hər vəchlə arxadan vurmağa çalışıblar. Nəinki erməni kişilər, hətta erməni qadınlar da silaha sarılaraq, onları qoruyan, himayə edən Osmanlı dövlətinə qarşı döyüşüblər. Bu xəyanətkartlıqda onlar Osmanlı imperiyasını çökdürməyi qarşılarına məqsəd qoymuş Qərb dövlətlərinin və çar Rusiyasının dəstəyinə güvəniblər.

Təxminən, 10 il sonra I Dünya müharibəsi başlayandan sonra isə ermənilər Osmanlıya qarşı daha radikal mövqe tutub, silahlı təxribatlara, kütləvi qırğınlara  əl atıblar. Bunun müqabilində Osmanlı sultanı onların zərərsizləşdirilməsi ilə deyil, köçürülməsi ilə bağlı göstəriş verib. Lakin təəssüf ki, dünyanın ermənipərəst və onlardan alət olaraq istifadə edən dairələri  ikili standartlar sərgiləyərək, bu köçürülmə siyasətinə soyqırım donu geyindirməyə çalışır və bundan Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edir.

Bu gün saxta göz yaşları tökən ermənilər qoy bu şəkilə baxıb cavab versinlər: o zaman hərbi geyimli, əli silahlı bu erməni qızların məqsədi, görəsən, nə olub?

 

 R.TAHİR,
“Xalq qəzeti”

24 2019 16:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə