Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın ən zəngin kitabxanası

Dünyanın ən zəngin kitabxanası

24 aprel dünyada ən zəngin kitab  fondu olan ABŞ Konqres Kitabxanasının yarandığı gündür. Əsası 1800-cü ildə ABŞ prezidenti Con Adams tərəfindən qoyulan kitabxana 219 ildir ki, fəaliyyət göstərir. Kitabxanın tarixi və fəaliyyəti ilə bağlı beynəlxalq oxu günündə mediada yayılan məlumatda onun özəlliyini göstərən 25 fakt təqdim edilir:

1. ABŞ Konqres Kitabxanasının təsis olunması haqqında sənəd paytaxtın Filadelfiyadan Vaşinqtona köçürülməsinə dair qanunda əks olunub.

2. İlkin vəsait kimi prezident Con Adams kitabxananın təşkili üçün 5 min dollar vəsait ayırıb.

3. Kitabxana 740 kitab, 3 coğrafi xəritə ilə fəaliyyətə başlayıb.

4. İlk olaraq kitabxanadan yalnız prezident, vitse-prezident və konqres üzvləri istifadə ediblər.

5. 1814-cü ildə kitabxana ABŞ--Britaniya müharibəsi zamanı ingilislər kitabxananın yerləşdiyi Kapitoli binasını yandırıblar.

6. 1851-ci ildə kitabxana ikinci dəfə yanğına məruz qalıb, fondun üçdə iki hissəsi məhv olub. Yalnız bir ildən sonra 168 min dollar dövlət vəsaitin hesabına bərpa edilib.

7. 1930-cu ildə Konqres kitabxanası “milli” statusunu alıb.

8. 1931-ci ildən görmə problemi olanlar üçün xüsusi bölmələr fəaliyyət göstərir.

9. Kitabxana üç binadan ibarətdir,  yeraltı keçidlə  birləşdirilib.

10. Hazırda kitabxanada 3600 nəfər işləyir.

11. Hər il işıqlandırma sisteminin yenilənməsi üçün 100 min dollar sərf olunur.

12. Bazar günlərindən başqa hər gün 45 dəqiqəlik pulsuz ekskursiya təşkil olunur.

13. Hər il fond 2--3 milyon nüsxə kitabla zənginləşir.

14. 18 oxu zalından eyni vaxtda 1500 nəfər istifadə edə bilir.

15. Ümumi kitab rəflərinin uzunluğu 1000 kilometrdən çoxdur.

16. Kitabxanada saxlanılan hər nüsxə ilə cəmisi 1--2 dəqiqə tanış olmaq üçün insana 173 il ömür lazımdır.

17. Hazırda Konqres Kitabxanasında 470 dildə 30 milyondan artıq kitab var.

18. Kitabxanada dünyanın müxtəli ölkələrinin milyondan artıq mətbu nəşrləri var.

19. Kitabxanada 6 milyondan artıq əlyazma saxlanılır.

20. Kitabxanada 5 milyona qədər bütün dövrləri əks etdirən xəritələr var.

21. Şəkil fonduna görə kitabxana 12 milyon illüstrasiya ilə bütün rekordları üstələyir.

22. İl ərzində kitabxanadan istifadə edənlərin sayı 2 milyonu keçir.

23. Kitabxanadan 16 yaşına çatmış bütün şəxslər, o cümlədən ABŞ-a ezam olunan və turist kimi səfər edən xarici vətəndaşlar da istifadə edə bilərlər.

24. Kitabxanada məxfi və xüsusi qorunan fondlar da fəaliyyət göstərir, ondan istifadə xüsusi razılıqla həyata keçirilir.

25. Konqres kitabxanasının ən ciddi qorunan kitab nüsxəsi 1776-cı ildə birinci dəfə çap olunan “ABŞ istiqlal bəyannaməsi”dir.

 

Hazırladı:
R.TAHİR,

“Xalq qəzeti”

24 2019 15:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə