Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sabirabadda “Oxu günü”

Sabirabadda “Oxu günü”

Sabirabaddakı Gənclər Mərkəzində “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə “Oxu günü” keçirilib.

Sabirabad Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdan ibarətdir.

Tədbirdə rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin rəhbər işçiləri, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.

Metodist Asif Əyyubovun rəhbərliyi ilə keçirilən tədbirdə rayonun bir çox ümumtəhsil məktəb və liseylərinin şagirdləri müxtəlif təqdimatlarla çıxış edib. Bədii əsərlər əsasında hazırlanmış səhnəcik, tamaşa və musiqili kompozisiyalar rəğbətlə qarşılanıb. Tədbirdə, həmçinin kitab sərgisi açılıb.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

24 2019 12:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə