Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İsmayıl Şıxlı. Biblioqrafiya” kitabı çap olunub

“İsmayıl Şıxlı. Biblioqrafiya” kitabı çap olunub

Azərbaycan Milli Kitabxanasında ölkə başçısının müvafiq sərəncamına əsasən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

Milli Kitabxananın Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyi tədbirdə “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının və “İsmayıl Şıxlı – 100” elektron məlumat bazasının təqdimatları olub.

Tədbirdə çıxış edən Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, İsmayıl Şıxlı zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapıb.

Azərbaycan ədəbiyyatında öz dəstixətti ilə seçilən İsmayıl Şıxlının əsərləri bütün zamanlarda öz aktuallığı ilə seçilir.

Bildirilib ki, Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdirdiyi “İsmayıl Şıxlı” biblioqrafik vəsaiti Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr edilib. Biblioqrafiyada yazıçının həyat və yaradıcılığına aid zəngin materiallar toplanıb.

Diqqətə çatdırılıb ki, “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabı və “İsmayıl Şıxlı – 100” elektron məlumat bazası görkəmli yazıçının gələcək nəsillərə daha yaxından tanınması baxımından olduqca əhəmiyyətlidir.

Tədbirdə akademik Nizami Cəfərov çıxış edərək bildirib ki, Xalq yazıçısı İsmayıl Şıxlı yaradıcılığını ulu öndər Heydər Əliyevə hər zaman yüksək qiymətləndirib.

Akademik deyib ki, İsmayıl Şıxlı ən az yazan yazıçılardan olsa da, daha çox yadda qalan, sevilən qələm adamlarındandır.

“İsmayıl Şıxlı. Biblioqrafiya” kitabı və “İsmayıl Şıxlı – 100” elektron məlumat bazasını yazıçının 100 illiyinə sanballı töhfə kimi dəyərləndirən natiqlər bu işdə əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

24 2019 12:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə