Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Asəf Zeynallının 110 illiyi qeyd edilib

Asəf Zeynallının 110 illiyi qeyd edilib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 4 nömrəli uşaq incəsənət məktəbində Azərbaycanın ilk professional bəstəkarı, 23 il ömür sürməsinə baxmayaraq, milli musiqi sənətində silinməz izlər qoyan, milli romans, piano və simfonik musiqi əsərlərinin banisi Asəf Zeynallının 110 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə məktəbin nəzəriyyə şöbəsinin müəllimi Sevinc Eminova çıxış edərək bəstəkarın həyat və yaradıcılığından, Azərbaycan musiqi tarixindəki xidmətlərindən danışıb.

Tədbirdə Asəf Zeynallının bir çox tamaşalara, pyeslərə bəstələdiyi musiqilər, “Uşaq suitası”, “Ölkəm”, “Sual”, “Çadra” romansları, violin üçün “Muğamsayağı” əsəri səsləndirilib və həyat və yaradıcılığı haqqında filmdən kadrlar göstərilib.

4 nömrəli uşaq incəsənət məktəbinin şagirdləri bəstəkarın “Uşaq suitası”ndan fraqmentlərə həsr olunan rəsmlər çəkib, “Ölkəm” romansını və xor sinfinin şagirdləri bəstəkarın işlədiyi “Səndən mənə yar olmaz” xalq mahnısını ifa ediblər.

Sonda məktəbin direktoru Kəmalə Həşimova çıxış edərək Asəf Zeynallının 23 illik qısa ömür yaşasa da, Azərbaycan musiqisi sənətinə misilsiz töhfələr verdiyini bir daha vurğulayıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

24 2019 12:20 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə