Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada

Yeni rəsm əsəri: Dədə Qorqud və Napoleon bir arada

Tanınmış rəssam Cəmaləddin Dərbəndli (İsmayılov) "Renessans" adlı yeni rəsm əsəri yaradıb.Əsərdə məşhur rəsmlər, heykəllər, kitablar və s. var.

Cəmaləddin İsmayılov öz əsərində Dədə Qorqud, Jan Pol Marat, Napoleon Bonaparta həsr olunmuş rəsmləri, "Mona Liza"nı (Cokonda) və digər mədəniyyət nümunələrini təsvir edib. Həmçinin, əsərdə təkallahlı dinləri (islam, iudaizm və xristianlıq) özündə əks etdirən hissə var.

Qeyd edək ki, C.İsmayılov Təhsil Nazirliyinin baş rəssamı olub. Onun bir neçə əsəri xarici ölkələrdə - Türkiyə, Rusiya, İngiltərə, Fransa və Almaniyada şəxsi kolleksiyalardadır. Bəxtiyar Vahabzadəyə həsr etdiyi portreti AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində sərgilənir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

24 2019 12:13 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
20 Avqust 2019 | 17:32
“Rast dünyası”

Köhnə versiyamızdan xəbərləri izlə