Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qənirə Paşayeva: Təbii qaz limiti artırılsın

Qənirə Paşayeva: Təbii qaz limiti artırılsın

Milli Məclisin iclasında deputat Qənirə Paşayeva əhaliyə verilən təbii qaz limitinin artırılması təklifi ilə çıxış edib. Bildirib ki, bölgələrdə sakinlərlə görüşlərdə maddi imkanları aşağı olan insanlar təbii qaz limitinin artırılması xahişini edirlər.

O, əhalinin aztəminatlı, maddi imkanları aşağı olan hissəsinin təkliflərini nəzərə alaraq əhaliyə verilən təbii qaz limitinin artırılması məsələsinə yaxın zamanlarda baxılmasının çox vacib olduğunu vurğulayıb. Eyni zamanda, qeyd edib ki, qaz limitinin qaldırılması ilə bağlı həmkarı Fazil Mustafanın təklifini dəstəkləyir.

Q.Paşayeva müvafiq qurumları bu məsələni diqqətdə saxlamağa çağırıb.

 

Z.BƏŞİRQIZI,
”Xalq qəzeti”

24 2019 11:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə