Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT-nin Ermənistanın təxribatına şərait yaratması pislənib

BMT-nin Ermənistanın təxribatına şərait yaratması pislənib

Milli Məclisin iclasında deputat Q.Paşayeva, işğalçı Ermənistanın BMT-də Azərbaycana qarşı təxribatının qarşısının alınması istiqamətində ciddi addımlar atılmalı olduğunu bildirib.

O, həmkarı Azay Quliyevin qaldırdığı məsələni dəstəkləyərək deyib ki, Ermənistan BMT-yə  təqdim etdiyi illik hesabatında qondarma “dqr”-in hesabatını da əlavə edib. Bununla da BMT-nin insan haqları şurası öz nizamnaməsindən kənara çıxıb. Eyni zamanda BMT-nin bu təxribata imkan yaratması BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə də ziddir.

Q.Paşayeva deyib: “Biz BMT-nin Ermənistanın bu təxribatına imkan verməsinə ciddi şəkildə etirazımızı bildirməli və bu təxribatın BMT-nin saytından çıxarılmasına nail olmalıyıq. Həmkarımın da qeyd etdiyi kimi, bu hesabat 6 dildə yayılır və Azərbaycana qarşı bu təxribat bizi ciddi narahat etməlidir”.

Deputat diqqətə çatdırıb ki,  müvafiq qurumlarımız bu məsələyə ciddi etiraz bildirməli və bu təxribati sənəd BMT-nin saytından çıxaırlmalıdır. O, həmçinin BMT-nin Ermənistanın təxribatına şərait yaratmasını kəskin qınadığını da bildirib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

24 2019 11:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə