Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hərbi hissədə birgə tədbir keçirib

Müdafiə Nazirliyi ilə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin 2018-ci il üçün birgə fəaliyyət planının icrası ilə əlaqədar hərbi hissələrdən birində görüş keçirilib. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Emin Səfərov və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev iştirak edərək şəxsi heyət qarşısında çıxış ediblər.

Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində ölkə rəhbərliyi tərəfindən görülən tədbirlər, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında dinin rolu, “Azərbaycanda ənənəvi islam və xarici təsirlər”, “Dini radikalizm və islam dünyası” mövzularında çıxış etmiş C.Əliyev sonda hərbi qulluqçuların çoxsaylı suallarını cavablandırıb.

 

Əfsanə BAYRAMIZI,
“Xalq qəzeti”

31 2018 16:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə