Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-17.4-cü və 17.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Aşağıdakı şəxslər 6 il müddətinə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilsinlər:
Babanlı Yusif Məmməd oğlu – namizədliyi idman federasiyaları tərəfindən irəli sürülmüşdür;
Musayev Salman Musa oğlu – namizədliyi dini konfessiyalar tərəfindən irəli sürülmüşdür;
Qafarova Zemfira Həsən qızı – namizədliyi yaradıcılıq təşkilatları tərəfindən irəli sürülmüşdür.

 

O.ƏSƏDOV
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri, 23 aprel 2019-cu il

24 2019 00:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə