Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsimi poeziyası tələbələrin bədii qiraətində

Nəsimi poeziyası tələbələrin bədii qiraətində

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşəbbüsü və rəhbərliyi ilə keçirilən, respublikanın ali məktəb tələbələrinin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş Nəsimi poeziyasının bədii qiraəti üzrə müsabiqəsi başa çatmışdır. Beynəlxalq Muğam Mərkəzində  iki ay davam edən bədii qiraət yarışmasına yekun vurulmuş, qaliblər təntənəli surətdə mükafatlandırılmışlar.
Müsabiqənin iştirakçıları arasında ADMİU-nun səhnə danışığı kafedrasının dosenti, Əməkdar artist Ağalar Bayramovun yetirmələri olan tələbələr xüsusi seçilmişlər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovanın rəhbərlik etdiyi nüfuzlu münsiflər heyətinin qərarı ilə I yerə tanınmış bədii qiraət ustasının rəhbərliyi ilə müsabiqəyə hazırlaşmış ADMİU-nun dram rejissoru ixtisası üzrə 4 kurs  tələbəsi  Ümid Abbasov və  III yerə teatr və kino aktyoru ixtisasi üzrə I kurs  tələbəsi Sabirə Abdullayeva layiq görülmüşlər.
İkinci yer isə  ADMİU-nun səhnə danışığı kafedrasının dosenti, Əməkdar artist Mahirə Yaqubovanın yetirməsi olan teatr və kino aktyoru ixtisası üzrə 4 kurs tələbəsi Novruz Şahverdiyevə verilmişdir.
Nəsimi poeziyasına həsr olunmuş respublika tələbə bədii qiraəti müsabiqəsi qaliblərinin nümunəvi çıxışları və tanınmış sənətçilərin ifasında  Nəsiminin sözlərinə yazılmış musiqilərlə başa çatmışdır. 

R.TAHİR, “Xalq qəzeti”

23 2019 23:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə