Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2019-cu ildə Hacı Zeynalabdin qəsəbə Şəhidlər xiyabanında abadlıq işlərinin aparılmasının satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2019-cu ildə Hacı Zeynalabdin qəsəbə Şəhidlər xiyabanında abadlıq işlərinin aparılmasının satın alınması üçün AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. 2019-cu ildə Hacı Zeynalabdin qəsəbə Şəhidlər xiyabanında abadlıq işlərinin aparılmasının satın alınması. 
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununa uyğun yuxarıda göstərilən lot üzrə öz yazılı tender təkliflərini möhürlənib imzalanmış ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-sərfəli tender təklifinə,yüksək keyfiyyətə,müqavilənin vaxtında yerinə yetirilməsinə və iddiaçının maliyyə vəziyyətinə.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.
Müqavilə il ərzində yerinə yetirilməlidir.
 Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Q.Qarayev küçəsi 10 nömrəli ünvandan ala bilərlər.
 Əlaqələndirici şəxs-Əliyev Ramil Dilavər oğlu.
 İştirak haqqı 290 manatdır.
 Təşkilat- Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 
 VÖEN - 2900329461 
 Dövlət Xəzinədarlığı Agentliyi
 Kod - 210005
 VÖEN- 1401555071
 M/h- AZ 41 NABZ 01360100000000003944
 S.W.I.F.T. BIK - CTREAZ 22
 H/h- AZ 84 CTRE00000000000002516632
 Büdcə təşkilatının kodu -142340
 Fond -7Y
 İştirak haqqı heç bir halda geri qaytarılmır.
 İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət,
-tenderdə iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi,
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır),
-tender təklifi dəyərinin 1% həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır),
-podratçının son bir ildə maliyyə vəziyyəti haqqında bank arayışı,
-podratçının tam adı,hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
 Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır. 
 Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanununa uyğun keçiriləcəkdir.
 İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri 27 may 2019-cu il saat 18.00-a qədər möhürlənmiş,ikiqat zərfdə, Bank təminatı və tender təkliflərini isə 30 may 2019-cu il saat 18.00-a kimi Hacı Zeynalabdin qəsəbəsi, Q.Qarayev küçəsi 10 nömrəli ünvanda Hacı Zeynalabdin qəsəbə İcra Nümayəndəliyinə təqdim etməlidirdər.
 Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
 İddiaçıların təklifləri 31 may 2019-cu il saat 15.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

24 2019 03:34 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN

Köhnə versiyamızdan xəbərləri izlə