Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhalinin içməli su təminatı yaxşılaşdırılır

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”Azərbaycan Respublikasının Prezidentinin 9 aprel 2018-ci il tarixli Sərəncamına uyğun olaraq cəbhəyanı bölgədə yerləşən Tərtər rayonunun 4 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılır.

5 minədək sakinin yaşadığı Mamırlı, Poladlı, Təzəkənd və Evoğlu kəndlərinin sakinləri  uzun illər içməli su qıtlığından əziyyət çəkirdilər. “Azərsu” ASC tərəfindən bu kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə layihə hazırlanıb və cari ilin iyun ayından tikinti-quraşdırma işlərinə başlanılıb. 

Layihəyə əsasən, sakinləri içməli su ilə təmin etmək üçün bu kəndlərdə 2 subartezian quyusu qazılıb, 18 km su xətti çəkilib, 90 ədəd bulaq quraşdırılıb.  Artıq Mamırlı və Poladlı kəndlərində layihənin icrası yekunlaşıb, digər kəndlərdə yeni infrastrukturun yaradılması işləri cari ilin sentyabr ayının sonunda tam başa çatdırılacaq.

 

Əlipənah BAYRAMOV, “
Xalq qəzeti”

 

31 2018 15:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə