Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot-1. X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təşkili işlərinin (festival proqramının tərtib edilməsi, videoçarxın hazırlanması, reklam və çap məhsullarının nəşri, mükafat və diplomların hazırlanması, münsiflər heyəti və qonaqların dəvət olunması, onların otel və nəqliyyat məsələlərinin, eləcə də festivalın açılış və bağlanış mərasimlərinin təşkili və bədii tərtibat işləri) satın alınması.
Tender iştirakçıları öz tender təkliflərini imzalanıb möhürlənmiş şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara, mütləq şəkildə müvafiq sahə üzrə spesifik iş təcrübəsinə malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər 100 (yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə bilərlər.
Ünvan- AZ 1000, Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət Evi.
Telefon- +99412 498 97 82 
VÖEN- 1700015381
H/h- AZ78CTRE00000000000002178501
Bank rekvizitləri-
Bankın adı- Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyi 
VÖEN- 1401555071
S.W.İ.F.T.- CTREAZ22
M/h- AZ41NABZ01360100000000003944
Kod- 210005
Ödənişin təsnifat kodu- 142230
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 17 may 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 24 may 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
Təklif zərfləri 27 may 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

 

24 2019 03:20 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 Avqust 2019 | 10:35
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə