Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüksək Texnologiyalar Parkında zirehli jiletlər və aksesuarlar təqdim olunub

 AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti “Buta Armor” MMC tərəfindən  zirehli jiletlərin və aksesuarların təqdimat mərasimi keçirilib.

www.science.gov.az saytı yazır ki, mərasimdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, AMEA-nın İşlər İdarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev, Yer Elmləri Bölməsinin  akademik-katibi, akademik Fəxrəddin Qədirov, Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edən Yanko Yanakiev, Bolqarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dimitar Bratanov, “EPC Group” MMC-nin prezidenti Reza Vəziri, "Mars Armor" LTD şirkətinin direktoru Plamen Taşkov və digər şəxslər iştirak ediblər.

Tədbiri “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, i.ü.f.d. Nazim Şükürov açaraq YT Parkın Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, parkın yaradılmasında əsas məqsəd iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır. 

Sonra çıxış edən bildiriblər ki, YT Parkın imkanları sayəsində Azərbaycan elminin innovativ yüksək texnologiya məhsullarının hazırlanmasına əlverişli mühit formalaşıb və elm-sənaye-dövlət üçübucağı yaranıb. Hazırda parkın ərazisində Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsulları hazırlanır,  o cümlədən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində və milli iqtisadiyyatda elmin payının artırılmasında önəmli işlər görülür.

Tədbirdə Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edən Yanko Yanakiev və Bolqarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dimitar Bratanov çıxış edərək iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulduğunu, bütün istiqamətlərdə birgə fəaliyyətin səmərəli olacağını bildiriblər.

Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

31 Avqust 2018 15:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə