Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Donald Tramp iyunda Britaniyaya səfər edəcək

Donald Tramp iyunda Britaniyaya səfər edəcək

ABŞ Prezidenti Donald Tramp iyun ayında Böyük Britaniyaya dövlət səfəri edəcək. Bu barədə “Sky News” telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ Prezidenti səfər zamanı Bukinqem sarayını ziyarət etmək niyyətindədir. Bundan başqa, Amerika liderinin iyunda həmçinin Fransaya səfəri planlaşdırılır.
Xatırladaq ki, ABŞ dövlət başçısının Britaniyaya bundan əvvəlki səfəri 13 iyul 2018-ci il tarixinə təsadüf edib.
Qeyd edək ki, aprel ayının əvvəlində “The Sunday Times” qəzeti kraliça II Yelizavetanın D.Trampı Birləşmiş Krallığa dəvət edəcəyi barədə məlumat vermişdi.
Məlumat üçün deyək ki, ABŞ Prezidentinin Böyük Britaniyaya baş tutacaq səfəri haqqında dəqiq rəsmi məlumat qarşıdakı 48 saat ərzində elan edilə bilər.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

23 2019 23:16 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə