Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mədəniyyət müəssisələri “Formula-1”-ə hazırlaşır

Mədəniyyət müəssisələri “Formula-1”-ə hazırlaşır

Hər il olduğu kimi, mədəniyyət müəssisələri bu dəfə də “Formula 1” Qran-pri yarışlarının iştirakçıları və qonaqları üçün xüsusi proqram hazırlayır.

Qeyd edək ki, Azərbaycan Qran-prisinin açılışında Dövlət himnini gənc və istedadlı müğənnilərimizdən Bəyimxanım Vəliyeva ilə Nurlan Növrəsli ifa edəcəklər.
Yarışlar ərəfəsində bir-birindən maraqlı tədbirlər nəzərdə tutulub. Mədəniyyət ocaqlarına təşrif buyuracaq turistlərin tamaşalara daha rahat şəkildə baxmaları üçün repertuarda olan səhnə əsərləri ingilis dilinə tərcümə olunub və subtitrlərlə təqdim ediləcək. Qonaqlara dünya dramaturgiyasının ən məşhur nümunələri ilə bərabər, Azərbaycan milli dramaturgiyasından əsərlər də təqdim ediləcək. Paytaxtda fəaliyyət göstərən teatrlar maraqlı repertuar tərtib edib. Beynəlxalq yarış müddətində teatrlar repertuarındakı ən məşhur nümunələri təqdim edəcəklər. 
Musiqili Teatr “Formula-1” həftəsində xüsusi repertuarla çıxış edəcək. Aprelin 26-da “Kimdir müqəssir?”, 27-də “Arşın mal alan”, 28-də isə “O olmasın, bu olsun” tamaşaları nümayiş olunacaq. Tamaşalar qonaqlara ingilis dilində subtitrlər vasitəsilə göstəriləcək.
Həmin günlərdə muzeylərimiz də idman yarışının iştirakçıları və qonaqlar üçün açıq olacaq.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

23 2019 23:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə