Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya və KXDR liderləri Vladivostokda görüşəcəklər

Rusiya və KXDR liderləri Vladivostokda görüşəcəklər

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün bu gün Vladivostoka gəlir. Onu gətirən zirehli qatar əvvəlcə Rusiyanın Xasan sərhəd stansiyasında dayanacaq. Məlumatı RİA “Novosti” verib. 

Məlumata görə, qatar Xasan stansiyasında az müddət dayandıqdan sonra Vladivostoka yola düşəcək. Primorskdakı bu stansiyada Rusiya-Koreya dostluq evi var, onu “Kim İr Senin evi” adlandırırlar. Ev Şimali Koreya liderinin 1986-cı ildə SSRİ-yə səfəri ərəfəsində tikilib. Vaxtilə Rusiyaya səfərə gələn KXDR liderləri Kim İr Sen və Kim Çen İr bu evi ziyarət ediblər. 
Şimali Koreya mətbuatının yaydığı məlumata görə, Kim Çen In dünən yola düşüb və 700 kilometrlik məsafəni 10-15 saata qət edərək bu gün Vladivostoka çatacaq. Onun Rusiya Prezidenti ilə görüşü isə aprelin 24-25-də baş tutacaq. 
Gözlənilir ki, Putin Kim Çen Inla aprelin 26-27-də Pekində keçiriləcək “Bir kəmər-bir yol” beynəlxalq konfransı ərəfəsində yolüstü görüşəcək. Bu, 2001-ci ildə Rusiyanın sabiq Prezidenti Dmitri Medvedevlə KXDR lideri olmuş Kim Çen İrin görüşündən 8 il sonra iki lider arasında ilk təmas olacaq. 
“KXDR-in “Çoson İlbo” qəzetinin verdiyi məlumata görə, dünən Kim Çen Inın bacısı Kim Yö Çjon görüşlə bağlı hazırlıq işlərini görmək üçün artıq Vladivostoka gəlib. Cənubi Koreyanın “Rönxap” agentliyi isə görüş ərəfəsində bildirmişdi ki, iki lider arasında sammit Moskvada deyil, Vladivostokda baş tutacaq.
Vladivostok dəmir yolu vağzalının əməkdaşı isə RİA “Novosti”yə deyib ki, KXDR liderinin işlər idarəsinin müdiri Kim Çxan Son vağzal ətrafında təhlükəsizliyin təminatı ilə maraqlanıb. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

23 2019 23:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə