Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amerikalı turistlərə xəbərdarlıq

Amerikalı turistlərə xəbərdarlıq

ABŞ Dövlət Departamenti hazırda Şri-Lankada olan və bu ölkəyə səyahət planlaşdıran amerikalı turistlərə xəbərdarlıq edib ki, adada yeni terror aktları baş verə bilər. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Mənbə qeyd edir ki, Dövlət Departamenti amerikalıları “daha ehtiyatlı” olmağa çağırıb. “Terrorçu qruplar Şri-Lankada mümkün hücumları planlaşdırmaqda davam edirlər. Onlar turizm obyektlərini, nəqliyyat qovşaqlarını, bazarları, ticarət mərkəzlərini, yerli hakimiyyət orqanlarını, otelləri, klubları, restoranları, dini icmaları, parkları, iri idman və mədəniyyət tədbirlərini, təhsil müəssisələrini, aeroportları və digər ictimai yerləri hədəf seçərək xəbərdarlıq etmədən hücuma keçə bilərlər”, - deyə ABŞ xarici siyasət idarəsinin bəyanatında bildirilib.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

 

23 2019 23:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə