Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“6-ci Çin-Avrasiya” Sərgisində

Çin Xalq Respublikasının Urumçi şəhərində “6-cı Çin-Avrasiya” Sərgisi öz işinə başlayıb.

İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş olunan Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkiləri, fındıq və qurudulmuş meyvə məhsulları sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanır.

Sərgi sentyabrın 1-dək davam edəcək.

Qeyd edək ki, Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, yerli məhsullarımızın Çin bazarına çıxarılması, ixracın stimullaşdırılması, həmçininn iki ölkənin iş adamları arasında əməkdaşlığın təşviqi məqsədi ilə həyata keçirilən tədbirlər davam etdirilir. Azərbaycanın Çinə təşkil olunmuş  ixrac missiyası avqustun 29-dan etibarən Urumçi şəhərində səfərdədir. İxrac missiyası çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ixrac imkanlarının genişləndirilməsinə dair işgüzar görüşlər keçirilir, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılır.

 

 Əlipənah BAYRAMOV, 
Xalq qəzeti”

31 2018 15:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə