Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İmişlidə cari ildə 4 min hektar sahədə şəkər çuğunduru yetişdiriləcək

İmişlidə cari ildə 4 min hektar sahədə şəkər çuğunduru yetişdiriləcək

İmişlidə cari təsərrüfat ilində 4 min hektar sahədə şəkər çuğunduru yetişdirilməsi nəzərdə tutulub. Artıq bu qədər sahədə məhsul yetişdirmək üçün torpaq mülkiyyətçiləri ilə müqavilələr bağlanıb və əkinə başlanılıb. Rayonda şəkər çuğundurunun əkini ilə əsasən “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC məşğul olur.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən  bildirilib ki, ötən həftədən rayonda çuğundur əkininə başlanılıb. İşə yaxşı hazırlıq görüldüyündən qısa müddətdə 917 hektar sahəyə toxum səpilib. Əkin zamanı “Kayota”, “Zeper”, “Radofe” kimi yüksək məhsuldar sortların əkininə üstünlük verilir. Torpaq mülkiyyətçiləri çuğundur əkinini qısa müddətdə başa çatdırmaq üçün bütün imkanlardan səmərəli istifadə edirlər.

Qeyd edək ki, ötən il rayonda 109 hektar sahədə şəkər çuğunduru əkilib və 3 min 526 ton məhsul yığılıb. Hər hektarın məhsuldarlığı 40 sentner olub.

 

Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri

23 2019 16:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə