Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İxracatçılar klubunun növbəti iclası keçirilib

Bakı Biznes Mərkəzində keçirilmiş İxracatçılar Klubunun növbəti iclasında Qətərin Doha şəhərində təşkil ediləcək “Birinci Beynəlxalq Məhsullar Sərgisin”də iştiraka dair yerli şirkətlərin nümayəndələri ilə müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilmiş tədbirdə qida, sənaye, xidmət, İKT və digər sektorlarda fəaliyyət göstərən 30-dan çox şirkətin təmsilçisi iştirak edib.

İclasda “Made in Azerbaijan” brendinin təşviqi, ixracın coğrafiyasının və həcminin genişləndirilməsi istiqamətində müxtəlif xarici ölkələrdə keçirilən sərgilərdə iştirakın əhəmiyyəti vurğulanıb. Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan tədbirlər, iqtisadiyyatın şaxələndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi və bu məqsədlə tətbiq olunan mexanizmlər, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, eləcə də Azərbaycan İxracatçılar Klubunun fəaliyyəti və kluba üzvlük barədə məlumat verilib,

Sonda “Birinci Beynəlxalq Məhsullar Sərgisin”də iştirak qaydalarına dair suallar cavablandırılıb.

 

 Əlipənah BAYRAMOV, 
“Xalq qəzeti”

 

31 Avqust 2018 15:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Sentyabr 2020 | 16:07
Kəndlərimiz azad edilib

Köhnə versiyamızdan xəbərləri izlə