Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvü: Bu yüksək etimada görə təşəkkür edirəm

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvü: Bu yüksək etimada görə təşəkkür edirəm

Milli Məclisin bu gün keçirilən plenar iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin seçilməsi haqqında məsələyə baxılıb.

Yayım Şurasının boş qalan üç yerinə beş nəfərin namizədliyi irəli sürülüb. Millət vəkilləri tərəfindən məsələyə baxılaraq Yayım Şurasının üzvlüyünə Yusif Babanlı, S Salman Musayev və Zemfira Qafarova seçilib.

Üzv seçilən Yusif  Babanlının fikirlərini öyrəndik. O, idman federasiyaları tərəfindən ona göstərilən etimada görə, təşəkkürünü bildirdi: “Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinə və idman federasiyalarına təşəkkür edirəm. Çünki bu gün idman ictimayyəti mənə diqqət göstərərək İTV-nin Yayım Şurasında üzv olmağım üçün namizədlərin içərisində mənim də adımı Milli Məclisə göndəriblər.

Bu gün Milli Məclisin iclasında deputatlar məsələyə baxdılar və 107  nəfər parlamentin üzvi iştirak ilə yenidən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərindən biri seçildim”.

Yusif Babalı qeyd edib ki, yenidən seçildiyi müddətdə bu sahənin daha da inkişafı üçün çalışacaq və bu sahəyə öz töhfəsini verəcək: “Bundan əvvəl 6 il müddətində də bu vəzifə üzrə fəaliyyət göstərmişəm. Mən həmişə idman federasiyası ilə səmərəli əlaqələrin qurulması üçün çalışmışam. Bundan sonra da çalışacağam ki, bu 6 il  müddətində televiziyada bu sahəyə diqqət göstərilsin”.

Milli Olimpiya Komitəsinin baş katibi, Boks Federasiyasının vitse-prezidenti Ağacan Abiyev bildirib ki, Yusif Babanlı daim öz üzərində çalışan şəxsdir: “O, tələbəlik illərindən bu sahədə fəaldır.  Düşünürəm onun seçilməsi məntiqlidir. Bu gün Milli Məclisdə keçirilən iclas zamanı 107 deputatın iştirakı ilə o yenidən İTV-nin Yayım Şurasında üzv seçildi. O,  ictimai işlərdə, beynəlxalq yarışlarda boks üzrə aktiv iştirak edir və Boks Federasiyasına dəstək göstərir. Onun İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasındakı ötən dövrdəki fəaliyyətinə nəzər saldıqda aydın şəkildə görürük ki,  idman ictimaiyyətini layiqincə təmsil edib”.

Ağacan Abiyev qeyd edib ki, Yusif Babanlının fəaliyyəti təkcə idman sahəsi ilə məhdudlaşmır, o  elmi-pedaqoji və ictimai-siyasi fəaliyyətlədə ciddi məşğuldur: “Belə ki, o, Azərbaycanın ən gənc professorudur. Düşünürəm ki, Yusif müəllim gənclərimiz üçün nümunədir. Əminən ki, o, öz peşəkarlığı ilə ikinci müddətdə də bizim etimadımızı doğruldacaq və müasirləşən televiziya məkanımızın zənginləşməsinə var qüvvəsilə çalışacaq”.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

23 2019 15:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə