Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lüksemburqun Böyük Hersoqu Jan vəfat edib

Lüksemburqun Böyük Hersoqu Jan vəfat edib

1964-2000-ci illərdə taxt-tacın sahibi olmuş Lüksemburqun Böyük hersoqu Jan 98 yaşında dünyasını dəyişib.

Böyük hersoq  2000-ci ilin oktyabrında tacını oğlu Anriyə versə də bütün titullarını saxlamışdı.

Kütləvi informasiya vasitələri bildirirlər ki, hersoq ağ ciyər infeksiysı səbəbindən hospitalda vəfat etmişdir.

İkinci dünya müharibəsi başladıqda hersoq Jan ailəsi ilə birlikdə Fransaya qaçmış, daha sonra Kanadaya getmişdir. 1942-ci ildən Britaniya ordusunun tərkibində vuruşmuş, Brüsselin azad olunmsı üçün Normandiya əməliyyatında fəal iştirak etmişdir.

1964-cü ildə Parm Burbonları sülaləsinin nümayəndəsi olaraq öz anası Böyük hersoginya Şarlottadan taxt-tacı qəbul etmişdir.

Böyük hersoqun dəfni mayın 4-nə nəzərdə tutulur.

 

“Xalq qəzeti”

23 2019 15:36 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə