Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhməd bəy Ağaoğluna abidə qoyulması təklif edilib

Əhməd bəy Ağaoğluna abidə qoyulması təklif edilib

Milli Məclisin iclasında çıxışı zamanı özünün və ziyalıların adından böyük mütəfəkkirlərdən biri, ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama görə, cənab Prezidentə təşəkkür edən deputat Qənirə Paşayeva bildirib ki, Əhməd bəy Ağaoğlu Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biridir.

Q.Paşayeva  qeyd edib ki,  Əhməd bəy Ağaoğlunun erməni daşnaklarının XX əsrin əvvəllərində dinc azərbaycanlılara qarşı törətdiyi qətliamlara, cinayətlərə qarşı mübarizə məqsədilə qurduğu "Difai" təşkilatı çox böyük rol oynamışdır. Ziyalılarımız adından müvafiq qurumlara müraciət edərək xahiş etmək istərdim ki, Əhməd bəy Ağaoğlunun əslən Şuşadan, Qarabağdan olduğunu nəzərə alaraq, Qarabağ bölgələrinin birində Əhməd bəy Ağaoğlunun heykəli, abidəsi ucaldılsın. Eyni zamanda onun haqqında filmin çəkilməsi də çox vacib məsələdir.  Deputat Xalq şairi Sabir Rüstəmxanlının Əhməd bəy Ağaoğlunun həyatından bəhs edən "Difai fədailəri" adlı əsər yazdığını xatırladıb və qeyd edib ki, həmin əsər əsasında filmin çəkilməsi çox yaxşı olardı.

Q.Paşayeva müvafiq qurumlara müraciət edərək, cənab Prezidentin Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncamından irəli gələn tədbirlər çərçivəsində Əhməd bəy Ağaoğlunun abidəsinin ucaldılması və onun haqqında filmin çəkilməsi ilə bağlı təkliflərinin reallaşması istiqamətində addımlar atmağa çağırıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2019 15:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə