Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentimiz gənclərin dostudur

Prezidentimiz gənclərin dostudur

Gənclik hər zaman cəmiyyətin aparıcı qüvvəsi olub və bu gün də belədir. Qürurverici haldır ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayır, ölkəmizi istər nüfuzlu idman yarışlarında, istərsə də beynəlxalq konfrans və forumlarda uğurla təmsil edirlər. Bütün bunlar, təbii ki, dövlətimizin apardığı gənclər siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin son bir ili də bu baxımdan əhəmiyyətli olub. 
Prezident İlham Əliyev əvvəlki dövrlərdə olduğu kimi, ötən bir il ərzində də gənclər siyasətini diqqətdə saxlayıb və hər zaman əməli fəaliyyəti ilə gənclərin dostu olduğunu sübut edib. 
Təkcə 2 fevral--Gənclər Günündə onun Azərbaycan gəncləri ilə görüşü və onların qarşısında səmimi çıxışı, tövsiyə və arzularını xatırlatmaq yerinə düşər. Bu il fevralın 1-də Bakı Konqres Mərkəzində baş tutmuş təntənəli görüşdə ­Prezidentin Azərbaycan gəncliyi ilə bağlı səsləndirdiyi müsbət fikirlər qəlbimizdə həqiqətən də qürur və iftixar hissi yaradır. Çünki məhz dövlətin uğurlu gənclər siyasəti nəticəsində biz ölkəmizi layiqincə təmsil edir, fəaliyyətimizlə ölkəmizin tərəqqisinə töhfələr veririk. ­Prezidentin çıxışında “Bizim gənclərimiz həmişə yadda saxlamalıdırlar ki, Azərbaycanın dövlət müstəqilliyi hər şeydən üstündür, Azərbaycan xalqının maraqları hər şeydən üstün olmalıdır. Bir daha demək istəyirəm ki, müstəqilliyi qorumaq üçün mütləq bilik, savad, vətənpərvərlik və milli təfəkkür olmalıdır.” – deməsi bizim üçün daim xatırladığımız əsas tövsiyədir. 
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) da yarandığı gündən ölkə gəncliyinin səsini Avropaya çatdırır, müxtəlif ölkələrdə təşkil edilmiş nüfuzlu tədbirlərdə ölkəmizi layiqincə təmsil edir. Cənab ­Prezidentin gənclərlə görüşlərində daim onları vətənpərvərliyə səsləməsi AGAT kollektivi üçün də əsas istiqamətdir. Bunun sübutu kimi AGAT-ın üç dildə – Azərbaycan, rus və ingilis dillərində hazırladığı və Milli Net-in Milli İnternet Mükafatına layiq görülmüş “­Karabakh” mobil tətbiqetməsinin adını çəkə bilərəm. 
Sözsüz ki, Prezident İlham Əliyevin gənclərlə bağlı imzaladığı sərəncam və fərmanlar onun gənclər siyasətinə və eləcə də Azərbaycan gəncliyinin daha da tərəqqi etməsinə müsbət təsirini göstərir. Biz də vətəndaş cəmiyyətinin fəal nümayəndələri olaraq yaradılmış münbit şəraitdə öz fəaliyyətimizlə gəncliyimizin cəmiyyətə və beynəlxalq aləmə inteqrasiyasına, daha da inkişafına çalışırıq.

 

Lalə MEHDİYEVA,
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri

23 2019 13:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə