Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 186     Bakı şəhəri, 22 aprel 2019-cu il


Neftçala şəhər  1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid İmanovun adının verilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq,  Neftçala Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmış  təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. Neftçala şəhər  1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid  Gülağa oğlu İmanovun adı  verilsin.
2. Neftçala Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə