Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“AzGerneft”MMC AÇIQ TENDER ELAN EDİR

“AzGerneft”MMC AÇIQ TENDER ELAN EDİR

“AzGerneft”MMC tərəfindən 1650 ədəd “Ştanqlı quyu nasoslarının” satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmiş ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.
Təkliflərin qiymətləndirilməsində malların keyfiyyətinə, ən aşağı qiymətə, əsas şərtlər toplusunda göstərilən meyarlar əsasında ən sərfəli tender təklifinə üstünlük veriləcəkdir. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər iştirak haqqını “AzGerneft” MMC-nin bank hesabına köçürdükdən sonra əsas şərtlər toplusunu ala bilərlər.
İştirak haqqı 300 (üç yüz)manatdır.
Bankın adı və rekvizitləri-
“AzGerneft” MMC 
Yerləşdiyi ünvan- AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 7
Telefon- 451-36-04; 451-36-05
Faks - 451-34-90
Email ünvanı: [email protected]
VÖEN-9900047091
Bankın adı- ARBB-nin Sabunçu filiali
VÖEN- 9900001881
H/h- AZ67IBAZ40010019449957001212
M/h -AZ03NABZ01350100000000002944 Kod- 805573
SWIFT BIK IBAZAZ2X
İştirak haqqı heç bir halda geri gaytarılmır.
 İştirakçılar əsas şərtlər toplusunu AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 7 (əlaqələndirici şəxs Amal Şirinova), telefon- 511-31-08 , elektron poçt ünvanı- [email protected] ünvanından ala bilərlər.
 İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak üçün ərizə (ərizədə müəssisənin adı,yerləşdiyi ünvanı, poçt indeksi, telefon nömrələri, rəhbərinin adı və soyadı göstərilməklə, möhürlənib imzalanmış olmalıdır);
- iştirak haqqının ödənilməsi barədə bank sənədi (əsli);
- tender təklifi (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (tender proseduru keçirildiyi tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmaqla) tender təklifi ilə birlikdə təqdim olunmalıdır. Bank təminatını tender zərfində təqdim etməyən iddiaçının tender təklifi etibarsız sayılır və tenderdən kənarlaşdırılır.
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq orqanlardan arayış;
- iddiaçının son bir ildəki (əgər daha az müddətdə fəaliyyət göstərirsə, bütün fəaliyyəti müddətində) maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, şəhadətnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (2019-cu ildə notariusdan təsdiq edilmiş surəti);
- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı barədə məlumat;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Tender iştirakcilarından tələb olunan sənədlər 30 may 2019-cu il saat 17.00-a qədər bir nüsxədə, tender təklifi isə 5 iyun 2019-cu il saat 12.00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə (əsli və surəti) AZ1037, Bakı, Sabunçu rayonu, Ramana qəsəbəsi, Əmir Bağırov küçəsi 7 nömrəli ünvanına təqdim edilməlidir.
 Göstərilən vaxtdan gec təqdim olunan tender zərfləri açılmadan geri qaytarılacaqdır.
Tender zərflərinin açılışı proseduru 5 iyun 2019-cu il saat 14.00–da AZ1037, Bakı şəhəri , Sabunçu rayonu, Ramana ŞTQ, Əmir Bağırov küçəsi 7 nömrəli ünvanda “AzGerneft”MMC-nin iclas zalında keçiriləçəkdir.

Tender komissiyası

23 2019 13:09 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyul 2019 | 02:28
B İ L D İ R İ Ş
19 İyul 2019 | 02:34
B İ L D İ R İ Ş
19 İyul 2019 | 02:33
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə