Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” Nəşriyyatı 2019-cu ildə malların (işlərin və xidmətlərin) satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” Nəşriyyatı 2019-cu ildə malların (işlərin və xidmətlərin) satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender mətbəə xərcləri üzrə nəşriyyat planına əsasən 2019-cu ilin I yarımili üçün nəşriyyat-poliqrafiya işlərinin satınalınması məqsədilə keçirilir.
Maraqlananlar 200 (iki yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra tenderin əsas şərtlər toplusunu ala bilərlər:
Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı
 VÖEN -1701928961
 Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
 VÖEN -1401555071
 M/h- AZ41NABZ 01360100000000003944
 SWİFT: CTREAZ2
 H/h- AZ12CTRE 00000000000004138313
 7-ci fond, maddə 142340
 Ünvan-Bakı, İstiqlaliyyət küçəsi 28.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Malgöndərənlər (podratçılar) iddiaçı statusu qazanmaq üçün tender komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
-tender təklifi qiymətinin 1 faizi həcmində təklifin bank zəmanəti (zərflərin açıldığı gündən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər:
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə, hüquqi ünvanı və bank rekvizitləri;
- malgöndərənin (podratçının) hüquqi sənədlərinin (nizamnamə, dövlət reyestrindən çıxarış, VÖEN) notarial qaydada təsdiq edilmiş surəti;
- malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (mətbəə avadanlıqlarının və işçilərin siyahısı əlavə edilməklə);
- malgöndərənin (podratçının) son bir ildəki maliyyə dövriyyəsi barədə bank arayışı;
- malgöndərənin (podratçının) son bir ildəki maliyyə vəziyyətini əks etdirən və vergi orqanları tərəfindən təsdiq olunmuş vergi bəyannaməsi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından və DSMF-dan arayış;
- malgöndərənin (podratçının) son üç ildə yerinə yetirilmiş analoji işləri barədə ətraflı məlumat (çap olunmuş poliqrafiya məhsullarının siyahısı).
Malgöndərənlər (podratçılar) 1-ci, 2-ci və 5-ci bəndlərdə qeyd olunan sənədləri ­2019-cu il mayın 10-na qədər tender komissiyasına təqdim etməlidirlər.
Tenderlə əlaqədar əlavə məlumat almaq üçün maraqlananlar əlaqələndirici şəxs – Xəlil Nəbiyevə (telefon 012-539-78-91) müraciət edə bilərlər.
İddiaçılar tender təklifini və təklifin bank zəmanətini imzalanıb möhürlənmiş, ikiqat bağlanmış zərfdə 21 may 2019-cu il saat 17.00-dək Bakı şəhəri, Hüseyn Cavid prospekti 115 nömrəli ünvanda yerləşən AMEA-nın əsas binasında “Elm” nəşriyyatının tender komissiyasına təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 22 may 2019-cu il saat 10.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun keçiriləcəkdir. 

Tender komissiyası

23 2019 13:09 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
20 İyul 2019 | 02:28
B İ L D İ R İ Ş
19 İyul 2019 | 02:34
B İ L D İ R İ Ş
19 İyul 2019 | 02:33
B i l d i r i ş

Köhnə versiyamızdan xəbərləri izlə