Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suraxanıda insanlar tibbi müayinəyə həvəslə gəlirlər

Suraxanıda insanlar tibbi müayinəyə həvəslə gəlirlər

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ölkənin hər yerində olduğu kimi, Suraxanı rayonunda da əhalinin ümumi profilaktik müayinələrə cəlb olunması işi mütəşəkilliklə davam edir. Aksiya rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxana, 4 poliklinika və 1 ambulatoriyada uğurla həyata keçirilir.

Bu günə qədər rayon üzrə 135 min 889 nəfər və 101 təşkilatın kollektivi tibbi müayinədən keçib. Onlardan 3288 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb, 181 nəfər stasionar müalicəyə cəlb edilib, 189 nəfər təkrar müayinə və müalicə olunmaq üçün paytaxtın müxtəlif xəstəxanalarına göndərilib.
Rayonda tibbi müayinənin aparıldığı səhiyyə ocaqlarından biri də 24 nömrəli şəhər poliklinikasıdır. Poliklinikanın baş həkimi Hacağa Bağırov bildirib ki, tibb müəssisəsi müayinələrin aparılması üçün tam hazır vəziyyətə gətirilib. Dövlət başçısının tapşırığına əsasən, vətəndaşların pulsuz tibbi müayinəsinin reallaşdırılması əhalinin sağlamlığının qorunmasına, xəstəliklərin vaxtında aşkarlanmasına xidmət edir. Tibbi müayinədən keçmək üçün gələn əhali ümumi və biokimyəvi, rentgen, kardioqram, ulturasəs və digər müayinələrə cəlb olunur. Aprelin 22-dək 10827 nəfər yaşlı əhalinin tibbi müayinəsi aparılıb. Onlardan 155 nəfəri rentgen, 131 nəfəri USM aparatından, 364 nəfəri laboratoriya və 113 nəfəri EKQ müayinəsindən keçib. Müayinədən keçən əhalinin 701 nəfərərində müxtəlif xəstəliklər aşkarlanıb və 25 nəfər paytaxtın digər xəstəxanalarına müayinə üçün göndərilib. Xəstəlik aşkarlanan vətəndaşların müalicəsi istiqamətində işlər görülür. Eyni zamanda, poliklinikada işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılıb. Bu briqadalar məktəblərdə, uşaq bağçalarında və poliklinikaya gələ bilməyən vətəndaşların evlərində tibbi xidmət göstərirlər. 
Bülbülə qəsəbə sakini Firuzə Tağıyeva 24 nömrəli şəhər poliklinikasının tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirərək, aksiyanın dövlətimizin başçısının hər bir Azərbaycan vətəndaşını sağlam, gümrah görmək istəyindən qaynaqlandığını diqqətə çatdırıb. 
Həmin qəsəbədə yaşayan Cavid Babayev isə göstərilən qayğıya görə cənab İlham Əliyevə minnətdarlığını vurğulayaraq, dövlət başçısının bu təşəbbüsünün sakinlər tərəfindən böyük razılıqla qarşılandığını və insanların tibbi müayinəyə böyük həvəslə gəldiklərini xatırladıb.

“Xalq qəzeti” 

23 2019 13:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə