Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şri-Lankada fövqəladə vəziyyət rejimi tətbiq ediləcək

Şri-Lankada fövqəladə vəziyyət rejimi tətbiq ediləcək

“Reuters” agentliyinin yaydığı məlumata görə, Şri-Lanka Prezidenti Maytripala Sirisena silsilə terror aktlarından sonra ölkə ərazisində fövqəladə vəziyyət rejiminin tətbiqi barədə qərar qəbul edib.
Məlumata görə, fövqəladə vəziyyət rejimi bu gündən etibarən qüvvəyə minəcək. 
“Daily Mirror” qəzeti isə yazır ki, ölkənin ­Milli Təhlükəsizlik Şurasında ictimai təhlükəsizliyin təmin olunması üçün güc strukturlarının səlahiyyətlərini genişləndirmək barədə qərar qəbul olunub. 
Xatırladaq ki, həftə sonu pasxa bayramı zamanı Şri-Lankada törədilən partlayışlar nəticəsində azı 290 nəfər həlak olub, 500-ə yaxın insan isə yaralanıb. Həlak olanlar arasında Danimarka, Yaponiya, Pakistan, Mərakeş, Hindistan, Banqladeş, Çin, Niderland, ABŞ, Türkiyə və Böyük Britaniya vətəndaşları da var.
Qeyd olunur ki, Şri-Lanka ordusu təhlükəsizliyi təmin etmək üçün paytaxt Kolomboya mindən çox hərbçi göndərib. Hadisə ilə bağlı 24 nəfərin saxlanıldığı bildirilir. Hakimiyyət orqanları terror hücumlarında “Tövhid camaatı” qruplaşmasını günahlandırır.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

23 2019 13:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə