Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Süni intellektə malik ekzoskelet təqdim edilib

“LG” şirkəti süni intellektlə təchiz olunmuş ekzoskeleti təqdim edib. Qurğu öz peşəsinə görə iş gününün çox hissəsini ayaq üstündə keçirməyə məcbur olan insanlar üçün nəzərdə tutulub.

www.techcult.ru saytı yazır ki, ekzoskeletin elementlərindən biri döşəmədə sürüşməni təmin edən və öz istifadəçisinin fizioloji xüsusiyyətlərinə avtomatik uyğunlaşan ayaqqabılardır. İstehsalçıların fikrincə, bunun sayəsində oynaqlara yüklənmə azalır. “LG CLOi SuitBot”a inteqrasiya edilmiş süni intellekt özü öyrənmək, istifadəçiyə və onu əhatə edən mühitə uyğunlaşmaq imkanına malikdir.

Qeyd edək ki, “LG CLOi SuitBot” ilk ekzoskelet deyil. “Honda”, “Panasonic”, “Lockheed Martin” və digər tanınmış şirkətlər analoji qurğuların istehsalı ilə məşğul olublar. Yeni ekzoskeletin imkanları haqqında hələ ki, ətraflı məlumat verilmir. Şirkət nümayəndələrinin sözlərinə görə, ekzoskelet Almaniyanın paytaxtı Berlində keçiriləcək “IFA 2018” Beynəlxalq istehlak elektronikası sərgisində təqdim ediləcək.  

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

31 2018 14:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə