Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Volker Türk yüksək vəzifəyə təyin edilib

Volker Türk yüksək vəzifəyə təyin edilib

Avstriyalı diplomat Volker Türk BMT-də yüksək vəzifəyə təyin olunub. BMT-nin Baş katibi Antonio Quterreş avstriyalı diplomatı strateji koordinasiya üzrə baş katibin müavini vəzifəsinə təyin edib.
Xatırladaq ki, 2015-ci ildən Cenevrədə BMT-nin qaçqınlar üzrə ali komissarının müavini vəzifəsində çalışan V.Türk bu ilin iyul ayında çilili Fabrisio Drummondu əvəzləyəcək. Bu təyinatla o, BMT sistemində ən yüksək vəzifəyə təyin olunan ilk Avstriya diplomatı olub.
Yeri gəlmişkən, təyinatla bağlı açıqlamada qeyd edilir ki, strateji koordinator beynəlxalq təşkilatın siyasət, sülhün təminatı, davamlı inkişaf, humanitar yardım, insan haqları və hüquqi dövlətçilik idarələrindən baş katibin ofisinə təqdim olunmuş məlumatların strateji analizi və əlaqəli təsviri məsələlərinə cavabdehdir.
Qeyd edək ki, hüquq üzrə ali təhsilə malik 54 yaşlı V.Türk 30 ildən artıqdır ki, BMT sistemində çalışır.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

23 2019 13:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə