Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vladimir Zelenski Ukrayna Prezidenti seçildi

Vladimir Zelenski Ukrayna Prezidenti seçildi

Ukraynada keçirilmiş prezident seçkilərinin ikinci turunda Vladimir Zelenski qalib gəlib. Ona seçicilərin 73,17 faizi səs verib. Hazırkı dövlət başçısı Petro Poroşenko isə 24,5 faiz səs toplayıb. Bu barədə Mərkəzi Seçki Komissiyası səslərin 95 faizinin hesablanmasından sonra bəyan edib. Məlumatı “İnterfaks” verib.

Məlumata görə, ­Zelenski Lvovdan başqa bütün vilayətlərdə lider olub. Həmin vilayətdə Poroşenkoya 62 faiz, Zelenskiyə isə 34 faiz səs verilib. Poroşenko xarici ölkələrdə təşkil olunmuş səsvermədə də üstünlük qazanıb – 54,73 faiz. 
Vladimir Zelenski bəyan edib ki, prezident seçildikdən sonra ilk vəzifəsi bütün əsirlərin və məhkumların ölkəyə qaytarılması olacaq. Eyni zamanda, Donbasda münaqişənin nizamlanması ilə bağlı işləri davam etdirəcək, ancaq bu prosesdə yenidən yükləmə (“perezaqruzka”) mümkündür. 
Onun sözlərinə görə, 2016-cı ilin mayından baş prokuror olan Yuri Lutsenko vəzifəsindən azad edilməlidir. Onunla bərabər köhnə komandanın bir sıra üzvləri də yeni adamlarla əvəzlənəcək. 
Siyasətçi deyib ki, Ukrayna Prezidenti Administrasiyası başqa binaya köçürüləcək. 1992-ci ilin yanvarından bu orqan Kiyevdəki Bank küçəsi, 11-də yerləşir. 
May ayında postunu tərk edəcək Ukraynanın sabiq prezidenti Poroşenkoya yeni dövlət vəzifəsi təklif etmək imkanı barədə danışan Zelenski bildirib ki, bu məsələ ilə bağlı, ilk növbədə, cəmiyyətin rəyini öyrənəcək: “Əgər cəmiyyət desə ki, ona bu və ya digər vəzifəni həvalə etmək olar, o zaman mümkündür. Mən bilmirəm”. 
Xatırladaq ki, hazırkı prezident artıq məğlub olduğunu etiraf edib və deyib ki, bundan sonra da siyasi fəaliyyətini davam etdirəcək. 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

23 2019 13:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə