Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

M.Çavuşoğlu: Türkiyə “S-400”-lərlə bağlı NATO-nun narahatlığına əsas görmür

M.Çavuşoğlu: Türkiyə “S-400”-lərlə  bağlı NATO-nun narahatlığına əsas görmür

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə NATO-nun üzvü olaraq, “S-400”-lərlə bağlı sazişə görə alyansa üzv dövlətlərin narahatlığına əsas görmür. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. 

Qeyd edək ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri dünən Ankarada Rumıniya və Polşadan olan həmkarları Teodor Meloşkanu və Yasek Çaputoviç ilə müzakirələr aparıb. Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər. 
M.Çavuşoğlu deyib ki, Türkiyə hökumətinin sazişlə əlaqədar alyansın digər üzvlərinin narahatlığını nəzərə almadığını iddia edənlər yanılırlar. Belə ki, Ankara belə həssas məsələlərə hər zaman ciddi yanaşıb. Ankara ilk gündən bəyan edib ki, Rusiyadan aldığı “S-400”-lərə Türkiyə özü nəzarət edəcək. 
Türkiyəli diplomat daha sonra bildirib ki, ABŞ hökuməti, təəssüf ki, bu məsələdə pozitiv münasibət sərgiləmir. Lakin Ankara bundan sonra da əməkdaşlıq üçün açıqdır. 
Yeri gəlmişkən, dünən Türkiyənin xarici işlər naziri ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon bağlantısı olub. Türkiyə XİN-dən mətbuata bildiriblər ki, nazirlər bir sıra aktual problemləri, o cümlədən Liviyadakı mövcud vəziyyəti müzakirə ediblər. 

M.ABDULLAYEV, “Xalq qəzeti” 

23 2019 13:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə