Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son üç ayda Suriyada 1200 dinc sakin həlak olub

Son üç ayda Suriyada 1200 dinc sakin həlak olub

Britaniyanın qeyri-kommersiya təşkilatı başda ABŞ olmaqla koalisiya qüvvələrinin Suriyadakı antiterror fəaliyyəti barədə hesabat hazırlayıb.
Hesabatda bildirilir ki, son üç ayda ABŞ başda olmaqla koalisiya qüvvələrinin terrorçulara endirdikləri aviazərbələr nəticəsində 1200 nəfər həlak olub ki, onların da əksəriyyəti qadınlar və uşaqlardır.
Ən çox tələfat isə Suriyanın Deyr-əz-Zor əyalətindəki Baquz-Fokani rayonu olub. Koalisiya qüvvələrinin aviazərbələri nəticəsində bu rayonda yerləşən qaçqınlar düşərgəsində 800 nəfər dinc sakin həlak olub.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

23 2019 13:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə