Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təbriz Universitetinin 70 illik yubileyi

Təbriz Universitetinin 70 illik yubileyi ilə əlaqədar təntənəli tədbir keçirilib.  www.science.gov.az saytının məlumatına görə, tədbir iştirakçıları əvvəlcə İranın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.

Tədbirdə İranın Elm və Tədqiqatlar Nazirliyinin nümayəndələri, Azərbaycanın Təbriz şəhərindəki baş konsulu Əliənnağı Hüseynov, Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin baş konsulu Çağlar Fəxri, Türkiyə, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

Təbriz Universitetinin rektoru professor Rza Purməhəmmədi tədbiri açaraq təhsil ocağının tarixindən, fəaliyyətindən və beynəlxalq əlaqələrindən danışıb. Qeyd edilib ki, Təbriz Universiteti İranın yüksək səviyyəli təhsil ocaqlarından biridir və burada tarix, ədəbiyyat, fizika-riyaziyyat, kimya-biologiya, tibb, hüquq və başqa fakültələr fəaliyyət göstərir.

Sonra  BDU-nun rektoru, akademik Abel Məhərrəmov və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli öz çıxışlarında  iki dövlət arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıblar.

Yubiley tədbiri çərçivəsində universitetlər arasında qarşılıqlı elmi əlaqələri daha da inkişaf etdirmək üçün BDU ilə Təbriz Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 

31 2018 14:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
18 Sentyabr 2020 | 11:56
NASA Venerada həyat axtaracaq
18 Sentyabr 2020 | 11:53
Baş Prokurorluqda yeni təyinat
18 Sentyabr 2020 | 11:42
Dünya əhalisinin sayı artır

Köhnə versiyamızdan xəbərləri izlə