Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 ili tamam oldu

Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 ili tamam oldu

Bu münasibətlə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında tədbir keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı ölkəmizdə aşıq sənətinə verilən qiymətdən danışıb. O, ötən müddətdə Paris, Strasburq, London və dünyanın müxtəlif ölkələrində UNESCO səviyyəsində keçirilən mərasimlərdə Azərbaycan aşıq sənətinə verilən yüksək qiymətin bütövlükdə xalqımızın milli-mənəvi dəyərlərinə olan hörmət kimi səciyyələndirib. “Sevindirici haldır ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aşıq sənətinə diqqət və qayğısı çox yüksəkdir. Azərbaycanın aşıq ensiklopediyası işıq üzü görüb. Mehriban Əliyevanın səyləri nəticəsində aşıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Artıq aşıq sənəti özünün əvvəlki şöhrətini bərpa etməkdədir. Bu sənət növü artıq bəşəri sənət kimi qorunur. Ölkəmizdə aşıq festivallarının keçirilməsi və dünya miqyasında buraya sənətkarların cəlb olunması Azərbaycan aşıq sənətinin böyük irəliləyişinə səbəb olub. Bu tərəqqi və irəliləyiş nəticəsində yüzlərlə gənc aşıq sənətə gəlib, ustad aşıqlardan xeyir-dua alıb”, - deyə M.Qasımlı bildirib.

Sonra tədbir bədii hissə ilə davam edib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 2019 12:31 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
19 Sentyabr 2019 | 15:36
Muzeyin 25 illiyi qeyd olunub
18 Sentyabr 2019 | 11:34
Giriş ödənişsiz olacaq
17 Sentyabr 2019 | 12:32
Əbülfəs Qarayev Özbəkistanda

Köhnə versiyamızdan xəbərləri izlə